Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb
Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və ev sahibinin oğurluğu törətməkdə şübhəli bilinən gəlini saxlanılıb.