Dərsə gedən müəllimlər qəzaya düşdü: - <font color=red> SƏKKİZ NƏFƏR ÖLDÜ</font>

Hadisə

06.07.2019 - 19:37

Polis qəzaya səbəb olan yük maşınının sürücüsünü axtarır

 

 

Hundistanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlər dərsə gedən məktəb müəllimləridir.

 

 

Ehtimala görə qəzaya yük maşınının ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Polis qəzadan sonra qaçan yük maşınının sürücüsünü axtarır.

 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az