Qaçaqmal spirtli içkilər ələ keçib

Hadisə

07.11.2019 - 11:31

Hazırda faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, gömrük baxışı zamanı yük yerində üzərlərində "Moet Chandan Champagne" yazılan 24 ədəd 0,75 litirlik, "Jagermeister" yazılan 22 ədəd 1 litrlik, "Martini" yazılan 24 ədəd 0,75 litrlik və "Rakı" yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə