Cənub və şimal-qərb bölgələrində yanğın olub

Hadisə

31.08.2019 - 15:06

Hadisə yerlərinə FHN əməkdaşları cəlb edilib

 

Lerik rayonunun Təbrizli kəndində, ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Zaqatala rayonunda da yanğın olub. Rayonun Yolayrıc kəndində, ümumi sahəsi 100 m² olan taxta konstruksiyadan ibarət tövlənin tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə, çardağına yığılan 1,5 ton ot bağlamasının 700 kq yanıb.

 

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: Ayna.az