“Azərişıq” əməkdaşları qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Hadisə

18.09.2019 - 14:35

Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir

 

Quba rayonunda "Azərişıq" ASC-nin əməkdaşları ağır qəzaya düşüblər. Hadisə rayonun Söhüb kəndi ərazisində baş verib. Avtomobilin dərəyə aşması nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qəza zamanı daha iki nəfər ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az