FHN: Dağlıq ərazilərdə başlamış yanğın məhdudlaşdırılıb

Hadisə

28.08.2019 - 13:22

Yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz işlər aparılır

 

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

 

Bu barədə AYNA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. Yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az