Ağstafada baş vermiş qətliamın anbaan görüntüsü - <font color=red> VİDEO</font>

Hadisə

18.06.2019 - 14:57

Ağstafada dünən baş vermiş qanlı qətliamın videosu yayılıb.

 

Qeyd edək ki, hadisə iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verib. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib.

 

Hadisədə daha 3 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin ayağı amputasiya olunub.

 

AYNA hadisənin görüntüsünü təqdim edir:

 
Müəllif: Ayna.az