Taxta bazarını ağuşuna alan yanğın nəzarətə götürülüb

Hadisə

22.08.2019 - 17:31

Əraziyə, təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub

 

Bakıda taxta bazarında başlayan yanğın 1500 kv. metrdən artıq sahəni əhatə edir. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə, hadisə yerinə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev açıqlama verib.

 

O, artıq yanğının tam nəzarətə götürüldüyün deyib: “Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə, təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılıb məlumat veriləcək”.

 

Bu arada, baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin 2 işçisi xəsarət alıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət əsasında hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

Müəllif: Ayna.az