Qazax sakinlərinin nəzərinə

Xəbərlər

03.10.2019 - 10:43

Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq
 

Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. 

 

Məlumatda bildirilib ki, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

 

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

Müəllif: Ayna.az