Almaniyada azərbaycanlılarla bağlı nə baş verir - <font color=red> Ziddiyyətli xəbərlər var</font>

Xəbərlər

14.11.2019 - 14:21

“Hazırda araşdırma davam edir, alman polisi və məhkəməsi son qərarı verəcək”

 

Çərşənbə günü səhər saatlarında Almaniya Federal Polisi, Koblents Prokurorluğunun təlimatı ilə Köln, Frankfurt, Visbaden və Düsseldorfdakı 13 obyektdə axtarış aparıb. AYNA alman mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində azərbaycanlılar saxlanılıblar. Saxlanılanlar miqrant alverində, sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında şübhəli hesab olunurlar.

 

Saxlanılanlardan ikisi haqqında həbs qərarı çıxarılıb. Onlardan birinin dəstənin rəhbəri olması iddia edilir. Ümumilikdə 8 şübhəli haqqında istintaq aparılır. Ən azı 20 nəfər Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edilir.

 

“Meydan” TV-nin əməkdaşı Həbib Müntəzir isə öz “Facebook” səhifəsində, ümumilikdə 60-a yaxın şübhəli olduğunu bildirib:

 

“Məndə olan siyahı budur:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2. İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri.

3. Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu.

5. Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri

6 Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü.

7. Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil””.

 

Həbib Müntəzir iki nəfərin həbs edildiyini və barələrində 6 aylıq həbsqətimkan tədbiri seçildiyini qeyd edib: “Hazırda araşdırma davam edir. Alman polisi, alman məhkəməsi son qərarı verəcək”.

Almaniyada yaşayan mühacir jurnalist Yafəz Əkrəmoğlu isə sosial şəbəkədəki hesabında bunları yazıb: "Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evidә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub. Bu xәbәri alandan sonra araşdırmalara başladım vә bir çox sәnәdli faktlar toplaya bildim. Hәmin faktları qısa şәkildә sizinlә paylaşıram:


Evlәrdә vә ofislәrdә axtarış Koblents Prokurorluğunun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır".

 

"Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir: Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli, әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar. O, gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarınln әlindәn hәqiqi sәnәdlәrini alıb. O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır- İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.", - Yafəz Əkrəmoğlu qeyd edib.


Jurnalist əlavə edib ki, tәqsirlәndirilәn şәxs Hәsәn isə әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib: "Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub". 

Müəllif: Ayna.az