Qaxda zəlzələ baş verib

Xəbərlər

15.07.2019 - 10:39

Dərinliyi 37 km olan zəlzələ hiss olunmayıb

 

Qax rayonunda zəlzələ olub.

 

AYNA Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:43-də Zaqatala stansiyasından 34 km cənub şərqdə qeydə alınıb.

 

Maqnitudası 3.3, dərinliyi 37 km olan zəlzələ hiss olunmayıb.

Müəllif: Ayna.az