Bakı sakinlərinə qənim kəsilmiş şəxslər saxlanılıb

Xəbərlər

07.09.2019 - 12:53

Bakıda mağazadan oğurluq olub.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 960 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova saxlanılıb.

 

Ətrafında aparılmış tədbirlərlə R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurlaması da müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az