Rusiyalı boksçu eyvandan yıxılaraq öldü

Dünya

23.09.2019 - 03:02

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib

 

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb

 

AYNA xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan yıxıldığını görüblər.


Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.

 

Müəllif: Ayna.az