ABŞ iki erməni şirkətinə sanksiyalar tətbiq etdi

Dünya

15.08.2019 - 07:27

Şirkətlər bundan sonra ABŞ-dan məhsul ala bilməyəcəklər

 

İki erməni şirkəti ABŞ-ın qəzəbinə tuş gəlib. “Markel” və Yerevan rabitə vasitələri elmi-tədqitat institutuna sanksiya tətbiq olunub. AYNA bizimyol.info-ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, Amerika bu şirkətlərin milli təhlükəsizliyinə zərər vuracaq fəaliyyətlə məşğul olduğunu düşünür.

 

Elmi-tədqiqat institutu elə məhsullar alırmış ki, bunlar lisenziyası olmadığına görə ABŞ-ın sənaye və təhlükəsizlik bürosunun “Kommersiya nəzarəti siyahısı”na düşüb. İnstitutun icraçı direktoru həm də “Markel”ə rəhbərlik edir.

 

“Markel” ABŞ-ın sanksiyalarının hədəfinə çevrilən bir İran şirkəti ilə ortaq biznesinə görə qara siyahıda yer alıb.

 

Ermənilərdən başqa, Rusiyanın, Gürcüstanın, Belçikanın, Böyük Britaniyanın, Kanadının, Çinin və Honkonqun da 15 şirkətinə sanksiya tətbiq olunub. Şirkətlər bundan sonra ABŞ-dan məhsul ala bilməyəcəklər.

Müəllif: Ayna.az