Qəza nəticəsində bir nəfər xəsarət alıb
Bu gün Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində avtomobil qəzası baş verib.
AYNA xəbər verir ki, qəza iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində olub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə zamanı xəsarət almış 58 yaşlı qadın bazu sümüyünün travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Yaralının həyatı üçün təhlükə yoxdur.