Keçiddən istifadə edənlər qəzəblənib
Bakı-Sumqayıt yolunda, Ekologiya postunun yaxınlığında piyada keçidinin şüşəsi sındırılıb, pilləkənləri isə dağıdılıb. Hələ bu azmış kimi, keçidin bəzi materialları da sındırılaraq yerə atılıb.
AYNA xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, keçidin bu vəziyyətə salınması ən çox oradan istifadə edən piyadaları qəzəbləndirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dəfələrlə həmin keçidin şüşələri sındırılıb. Buna görə də qurum tərəfindən ora təhlükəsizlik kameraları qoyulub. Sonuncu hadisə ilə bağlı görüntülər polisə təhvil verilib və araşdırma gedir. Keçidi dağıdan şəxs və ya şəxslərin axtarışları davam edir. Həmin şəxslərin kimliyi müəyyən edildikdən sonra qanuna müvafiq olaraq cəza tədbiri həyata keçiriləcək.