Keçmiş müavin vəfat etdi

Hadisə

16.08.2019 - 00:54

Bakı şəhər icra hakimiyyəti başçısının keçmiş müavini Muxtarlı Xalid Xancan oğlu vəfat edib. AYNA "Report"-a istinadən xəbər verir ki, o, bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

X.Muxtarlı bir müddət Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb.

 

Qeyd edək ki, o, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsində də çalışıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az