Daha bir süpürgəçi qadın sürücü qurbanı oldu

Hadisə

10.10.2019 - 13:06

Faktla bağlı araşdırma aparılır

 

Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

 

AYNA xəbər verir ki, avtoqəzada Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Gülbacı Sənan qızı Mirzəyeva həyatını itirib.

 

Onun Mənzil İstismar Sahəsinin işçisi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ayna.az