İlham Əliyev daha bir yüksək vəzifəli məmuru vəzifəsindən uzaqlaşdırdı

Xəbərlər

21.10.2019 - 16:42

Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad olunub

 

Prezident İlham Əliyev yüksək vəzifəli məmuru vəzifəsindən azad edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Ayna.az