Səkkiz ay ərzində on üç mindən çox mənzilə təbii qaz verilib

Xəbərlər

20.09.2019 - 12:14

"Təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib"
 

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər görülüb.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Qeyd edib ki, fərmanda göstərilən tapşırıqlardan irəli gələn məsələlərin operativ həlli məqsədilə təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətlərinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir: "Yaranmış problemlərin aradan qaldırılması üçün köməkliyin göstərilməsi istiqamətində müvafiq tövsiyyələr verilir". 

 

"Bu ilin sentyabrın birinə olan məlumata görə, 209 bina üzrə 13 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. Birlik tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırlır və müvafiq rəylər verilir", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az