Bu rayonda qaz olmayacaq

Xəbərlər

06.08.2019 - 11:00

Orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq

 

Bu gün saat 14:00-dan etibarən Beyləqan rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.

 

Qaz verilişi işlər başa çatandan sonra bərpa olunacaq.  

Müəllif: Ayna.az