Azərbaycanda rekord isti qeydə alınıb

Xəbərlər

25.06.2019 - 12:23

Nazir: “İyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınması iqlim dəyişikliyinin təzahürüdür”

 

AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı açıqlama verib. Onun sözlərinə görə, 10 il öncə - 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınmışdı.

 

“İyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınması iqlim dəyişikliyinin təzahürüdür. Son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dərəcə artıb” – nazir vurğulayıb.

Müəllif: Ayna.az