Bir neçə qəsəbədə su olmayacaq

Xəbərlər

04.11.2019 - 11:15

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir

 

Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

 

AYNA- ya bu barədə “Azərsu”  ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: Ayna.az