Yüzlərlə dənizçi təxliyə edildi

Xəbərlər

05.08.2019 - 15:21

Güclü külək gözlənildiyi üçün bütün işlər dayandırılıb

 

Güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib.

 

AYNA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib. 

 

“30-35 metr/saniyədə külək gözlənildiyi üçün bütün işlər dayandırılıb və 700-ə yaxın işçi quruya təxliyə olunub”, - İ.Əhmədov qeyd edib. (APA)

Müəllif: Ayna.az