Prezident Administrasiyasına yeni rəhbər təyin edildi

Xəbərlər

01.11.2019 - 13:11

Samir Rafiq oğlu Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yeni rəhbər təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin".

 

Qeyd edək ki, ölkə başçısı bundan öncəki Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyevi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edib.

 

Xatırladaq ki, 23 oktyabr 2019-cu il tarixə qədər Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev idi.

Müəllif: Ayna.az