Müasir texnologiyalarla təchiz olunmuş zavod açılışa hazırdır

Xəbərlər

19.09.2019 - 19:32

Azərbaycanda isə ilk olaraq araqlar qızıl və gümüş filtrlərdən süzüləcək

 

“CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır. Zavod Qusar şəhərində yerləşir.

 

İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından – Tatarıstan Respublikasının “Tatspirtprom” şirkətindən dəvət olunublar. Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq “RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.

Ayna.az