Avtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

Xəbərlər

07.09.2019 - 11:41

Yaralılardan biri komadadır, vəziyyəti kritikdir

 

Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.

 

Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04-də daxil olub.

 

Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Müəllif: Ayna.az