Bakı-İstanbul sərnişin avtobusu hərəkətdə olarkən alışıb

Hadisə

18.07.2019 - 14:52

Hadisə Ağsu rayonunun Padar Çöl kəndi ərazisində baş verib

 

Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusada yanğın baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Ağsu rayonunun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Türkiyə vətəndaşı, 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.

 

Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar. Hazırda fakt araşdırılır.

Müəllif: Ayna.az