3 ədəd soyuducu və 13 min manatlıq spirtli içki oğurlayıb
Bakıda şirkət rəhbəri işçidən polisə şikayət edib. AYNA teleqraf.com-a istinadən bildirir ki, Nərimanov rayonunda yerləşən "AzFruit" şirkətinin rəhbəri S.Məlikov şikayətində bildirib ki, bu qurumun əməkdaşı R.Hüseynov şirkətin anbarından 3 ədəd soyuducu və 13 min manatlıq spirtli içki oğurlayıb.
Şikayətlə bağlı araşdırma aparılır.