Vətəndaşlara hava xəbərdarlığı

Xəbərlər

22.08.2019 - 14:16

Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək

 

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava günəşli olacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 35-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz olacaq.

 

Abşeron çimərliklərində

 

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Avqustun 23-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif: Ayna.az