İlham Əliyev Türkmənistana səfər edib

Xəbərlər

10.10.2019 - 17:21

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək

 

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az