Hərbçilərimiz 31 nöqtəni aşkar ediblər

Xəbərlər

28.08.2019 - 18:33

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb

 

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Qoşun növləri və xidmət sahələrindən yarışlara qatılan hərbi qulluqçular ilkin mərhələdə ərazidə uzun məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəfləri müəyyənləşdiriblər.

 

Yarışın şərtlərinə əsasən, kişi hərbi qulluqçular 9,3 km məsafədə 16 nöqtəni, qadın hərbi qulluqçular isə 6,8 km məsafədə 15 nöqtəni aşkar ediblər.

Müəllif: Ayna.az