“Azəriqaz”a işə düzəlmək istəyən daha 4 nəfər dələduzların qurbanı olub

Xəbərlər

04.09.2019 - 19:54

Yenə də Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər

 

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb.

 

Bu barədə AYNAya “Azəriqaz” İstehsalat Birliyindən“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Bildirilib ki, yenə də Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər.

 

Qeyd olunub ki, RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub.

 

İlkin məlumata görə, İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.

 

“Azəriqaz” İstehsalat Birliyi vətəndaşlara işə düzəlmək barədə xəbərdarlıq da edib: “Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir”.

 

Qeyd edək ki, Ağsu rayonunda bir gün də belə fakt qeydə alınmışdı. 

Müəllif: Ayna.az