Yunanlar and içdilər

Dünya

17.07.2019 - 18:52

Andiçmə mərasimi Afina yepiskopu İeronimosun rəhbərlik etdiyi ayinlə başlayıb

 

Yunanıstan parlamentində andiçmə mərasimi baş tutub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iyulun 7-də keçirilən seçkilərdə qalib gələn 300 millət vəkili and içərək öz fəaliyyətinə başlayıb.

 

Andiçmə mərasimi Afina yepiskopu İeronimosun rəhbərlik etdiyi ayinlə başlayıb. Daha sonra pravoslav və müsəlman millət vəkilləri üçün ayrı dini mərasimlər keçirilib.

 

SYRIZA partiyasının rəhbəri, keçmiş Baş Nazir Aleksis Çiprasın da aralarında olduğu bir qrup millət vəkili siyasi andını içib. İlk dəfə millət vəkili seçilən 122 nəfərin də yer aldığı parlamentdə 64 qadın deputat fəaliyyət gösətərəcək.

 

Qeyd edək ki, deputatlar sabah palament sədri seçmək üçün səsvermə keçirəcəklər.

Müəllif: Ayna.az