Prezidentin karikaturasını çəkən jurnalist-rəssam işdən qovuldu

Dünya

02.07.2019 - 13:04

Trampı çəkdi, işindən oldu

 

Vəzifəyə gəldiyindən bəri mətbuatla arası pis olan ABŞ Prezidenti Donald Trampın son qurbanı kanadalı karikaturaçı Maykl de Adder olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Trampı tənqid edən karikaturaçı 17 ildir çalışdığı qəzetdən qovulub.

Adder ötən həftə ABŞ sərhədini keçməyə çalışarkən boğulan ata ilə qızının ölümündə Trampı günahlandıran bir karikatura çəkib. Karikaturanın sosial mediada yayılmasından sonra 17 ildir çalışdığı bütün qəzetlər Adderlə əməkdaşlığı dayandırıb.


Qeyd edək ki, iki ay əvvəl də Trampı İsrail Baş Naziri Benyamin Netanyahunun əl tulası kimi göstərən bir karikaturanı yayımlayan "New York Times" qəzetinin üzləşdiyi təzyiqlərə görə karikatura bölməsi ləğv edilmişdi.

Müəllif: Ayna.az