Hökumət gecə yarısından küçələrə çıxmağa qadağa qoyub
İraqda “Sədr hərəkatı”nın lideri Muktəda əs-Sədr Baş Nazir Adil Əbdulmehdini vaxtından əvvəl seçkilərə çağırıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sədr İraqda nümayişlərin davam etməli olduğunu bildirirək, polisin etirazçılara müdaxiləsini qınayıb. Şiə lideri ölkə əhalisinə çağırış edərək “nümayişləri davam etdirin, korrupsionerlərin cəzalandırılması hələ baş verməyib” deyib.
Digər tərəfdən paytaxt Bağdadda komendant saatı tətbiq edilib. 3 gündür aksiyaları dağıtmağa çalışan hökumət gecə yarısından küçələrə çıxmağa qadağa qoyub.