Vəziyyəti ağırlaşan kişi xəstəxaya aparılarkən yolda ölüb
Masallıda elektrik cərəyanı vuran kişi ölüb.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 15-də Fuad Kərimovu usta işlədiyi evdə elektrik cərəyanı vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Noyabrın 19-da vəziyyəti ağırlaşan Fuad Kərimov rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.