Azərbaycanda təhlükəli xəstəlik yayılıb

Xəbərlər

09.09.2019 - 16:49

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb

 

Sabirabad rayon sakinlərində qarayara xəstəliyi aşkarlanıb. 

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. 

 

"İki nəfər sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.

 

O da bildirilir ki, faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb: "Artıq araşdırmalara başlanılıb"

Müəllif: Ayna.az