Ebola təhlükəsi yenidən meydanda

Xəbərlər

16.09.2019 - 16:13

Bu günə qədər virusa 30000 insan yoluxub

 

Konqo Demokratik Respublikası Səhiyyə Nazirliyi (KDC) ebola virusuna yoluxanlarla bağlı yeni açıqlama yayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ölümcül qızdırma xəstəliyinə yoluxan 3128 nəfərdən 3017 nəfərinin ebola virusuna yoluxduğu aşkarlanıb.

 

Lakin aparılan bir sıra müalicələr nəticəsində ebolaya yoluxan 948 nəfər virsudan xilas ola bilib. Buna baxmayaraq, 85 nəfərin vəziyyətinin isə ağır olaraq qaldığı vurğulanıb.

 

Qeyd edək ki, ebola virusu ilk dəfə 1976-cı ilə Sudanın Nzara və Konqonun Yambuku şəhərlərində ortaya çıxıb. Konqonun ebola çayı yaxınlığında meydana gələn virus, bu səbəbdən eyni adı daşımağa başlayıb.

 

Onu da əlavə edək ki, ebola virusu Afrika qitəsinə 2013-cü ildə  yayılmağa başlayıb. Bu günə qədər virusa 30000 insan yoluxub, 11000-dən çox insan isə həyatını itirib.

Müəllif: Ayna.az