Məşhur qadın müğənni təcavüzdə ittiham olunur

Hadisə

13.08.2019 - 16:59

Müğənnini kişi model ittiham edir

 

ABŞ müğənnisi Ketti Perri təcavüzdə günahlandırılır. AYNA xarici mediaya istinadən xəbər verir ki, Perrini 2010-cu ildə “Teenage Dream” mahnısına çəkilmiş klipdə rol almış model Coss Kloss ittiham edir.

 

Model iddia edir ki, onların ortaq dostlarından birinin ad günü ziyafətində Ketti Perri ona təcavüz edib.

 

Hadisə 2012-ci ildə baş verib. Perri partidə Klossun şalvarını çıxararaq cinsiyyət orqanlarını ziyafətdəki  dostlarına göstərib.

 

Kloss "Instagram" hesabında qeyd edir ki, o, bu hadisədən travma alıb. Və travmadan çıxması üçün uzun müddət mübarizə aparıb. Lakin hər kəs onun pul qazanmaq üçün bu addımı atdığını düşünər deyə, susub.

Müəllif: Ayna.az