Göyçayda yol qəzası: <font color=red> 5 yaralı</font>

Hadisə

06.11.2019 - 07:18

Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir

 

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. 

 

Belə ki, "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2106" markalı minik avtomobilin sürücüsü Nəzərov Əlimirzə Saməddin oğlu və minik avtomobilində olan sərnişinlər - 2001-ci il təvəllüdlü Həmzəyev Şahvələd Mahir oğlu, 1990-cı il təvəllüdlü Yusifov Pərviz Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Abdülrəhimov Əşrəf Qismət oğlu və 1995-ci il təvəllüdlü Həmzəyev Həmzə Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az