İlham Əliyev Jozef Aunu təbrik edib

Xəbərlər

22.11.2026 - 15:39

Prezident Livan liderinə milli bayram münasibətilə təbrik ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.

AYNA.AZ xəbər verir ki, təbrikdə deyilir:

"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş