QHT rəhbərləri də jurnalistin həbsdən azad olunması üçün Prezidentə müraciət ediblər

Xəbərlər

16.10.2019 - 20:18

Həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması ilə bağlı son günlər ölkə rəhbərliyinə ardıcıl müraciətlər edilir

 

Jurnalistin vəkili Nemət Kərimli ötən gün özünün facebook hesabında müdafiə etdiyi şəxsin sağlıq durumunun ağır olduğu haqda status paylaşmışdı. Bundan sonra bir neçə tanınmış jurnalist, o cümlədən Milli Məclis üzvləri ölkə başçısına Ə.Muxtarlının azadlığı üçün müraciət etdilər.

 

Oktyabrın 16-da isə Azərbaycanın tanınmış QHT nümayəndələri (37 nəfər) prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş ediblər.

 

AYNA həmin müraciəti təqdim edir: 

 

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə

 

Aİ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri tərəfindən

 

Müraciət

 

Cənab prezident.

 

Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Ə.Muxtarlının sağlamlığına çox ciddi risklər var. Xüsusi ilə də o, şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir.

 

Jurnalist Ə.Muxtarlının sağlamlığındakı bu ciddi riskləri nəzərə alaraq, onun müvafiq tibb müəssisələrində müalicə olunması üçün ən qısa zamanda azadlığa buraxılmasını xahiş edirik.

 

Hörmətlə,

 

İmzalar: 

 

1

Anar Məmmədli

 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

2

Aynurə Abdullayeva

"Yaşıl İşıq" Hərəkatı

3

Bəşir Süleymanlı

Vətəndaş Hüquqları İnstitutu

4

Bəxtiyar Hacıyev

İctimai Siyasət İnstitutu

5

Davud Məmmədov

İctimai fəal

6

Dilarə Əfəndiyeva

 Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti

7

Elçin Abdullayev

Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai
Birliyi

8

Elçin Sultanov

Azərbaycan Ornitoloji Cəmiyyəti

9

Eldar Zeynalov

Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi

10

Əliməmməd Nuriyev

“Konstitutsiya” Araşdırılması Fondu

11

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

12

Əvəz Zeynallı

Jurnalist

13

Günel Səfərova

Vətəndaş Araşdırma və İnkişaf İB

14

Himayət Rizvanqızı

“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi

15

İlqar Hüseynli

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar

16

İlqar İbrahimoğlu

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi

17

Kamran Mahmudov

Jurnalist

18

Leyla Əliyeva

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

19

Mehman Hüseynov

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu

20

Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

21

Natiq Cəfərli

Cümhuriyyət Araşdırmalar Mərkəzi

22

Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzi

23

Rafiq Təmrazov

Bərabər İmkanlar Mərkəzi

24

Rəsul Cəfərov

İnsan Haqlari Klubu

25

Rövşən Novruzov

Gəncə Uşaq Fondu

26

Ruhəngiz Hüseynova

Qadınlar Arasında Həmrəylik

27

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondu

28

Samir Əliyev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi

29

Şəhla İsmayıl

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti

30

Sevil Allahverdiyeva

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi

31

Sevil Yüzbaşeva

Eko- Aləm İctimai Birliyi

32

Tatyana Kryuçkina

Jurnalist

33

Vüsalə Hüseynli

Demokratik İslahatçı Gənclər İctimai Birliyi

34

Xalid Ağalıyev

Media Hüququ İnstitutu

35

Xalid Vahidoğlu

Regional İnsan Hüquqları və Media Mərkəzi

36

Zaur Əkbər

Gənclər Klubu İB

37

Ziya Quliyev

Hüquqi Təşəbbüslər Mərkəzi İB

 

Qeyd edək ki, vəkilinin açıqlamasından sonra Əfqan Muxtarlının azadlığa çıxması üçün ölkə rəhbərliyinə, tannmış media nümayəndələri - Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli və Mehman Əliyev müraciət etmişdilər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə