Fermerlərə verilən subsidiyaları Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar İnkişaf Komitəsi həyata keçirəcək
Azərbaycanda subsidiya sistemini müəyyənləşdirmək üçün yeni subsidiya şurasının yaradılmasına qərar verilib. AYNA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
İlham Quliyev onu da bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan subsidiya informasiya sistemi, həm də kənd təsərrüfatı məhusullarına veriləcək subsidiyaların müəyyən edilməsi üçün subsidiya şurasının yaranmasına qərar verilib.
Nazir müavini onu da qeyd edib ki, subsidiya şurası hər il yanvar ayından etibarən, şuranın fəaliyyəti, ilkin subsidiyaların tətbiqi, subsidiyaların tətbiq mexanizminin təkmilləşdirilməsi ilə bağlı məlumat verəcək.
Fermerlərə verilən subsidiyaları isə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar İnkişaf Komitəsi həyata keçirəcək.
Şura, həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyalarının məbləği, toxum kvotası, fermerlərin istifadəsinə veriləcək torpaq sahəsi və əkin ehtiyaclarının miqdarı barədə də qərar qəbul edib. Qeyd olunan subsidiyalar isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçiriləcək.