Azyaşlı oğlan oyuncaq silahla satıcıya silah açdı

Hadisə

30.07.2019 - 02:06

Yekaterinburqda 7-8 yaşlı iki oğlan uşağı mağazada oyuncaq tapançadan satıcı qadına atəş açıblar. AYNA "Qafqazinfo”-a istinadən xəbər verir ki, bir neçə dəfə mağazaya gələn uşaqlar uzun müddətdir şübhəli davranışları ilə diqqət çəkiblər. Onlar oyuncaq oğurlamaqda şübhəli biliniblər.

 

Satıcı sonuncu dəfə balaca oğruları özü tutmaq qərarına gəlib. Ancaq gözləmədiyi hadisə baş verib. Uşaqlar satıcıya silah çəkiblər və diyircək güllələr atmağa başlayıblar. Uşaqlardan biri mağazadan qaçmağı bacarsa da, digərini satıcı tutub saxlaya bilib.

 

Azyaşlı polisə təslim edilib.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə