Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib
Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb. AYNA Trend-ə istinadən xəbər verir ki, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.
Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib. Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.
Polis partlayışla bağlı araşdırma başlayıb.