Yüksək vəzifəli məmur qəzaya düşüb, arvadı və sürücüsü ölüb

Hadisə

25.11.2019 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

Rəşad Zeynalov və onun oğlu isə ağır yaralanıb

 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Oxu.az-ın əldə etdiyi məlumata görə, avtomobil Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalova məxsus olub. Hadisə zamanı R.Zeynalovun həyat yoldaşı Əminə Zeynalova və onun sürücüsü Rövşən Cabbarov həlak olub. Maşında olan R.Zeynalov və onun oğlu isə ağır yaralanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az