Təklif olunan ümumi büdcə 1,78 trilyon avro olaraq müəyyən edilib
Avropa Şurasının (AŞ) prezidenti António Kosta Avropa İttifaqı (Aİ) ölkələrinin 2028-2034-cü illər üçün uzunmüddətli büdcədə müdafiə maliyyələşdirməsini 232 faiz artırmasını təklif edib. AYNA.AZ xəbər verir ki, bu, Aİ Şurasının veb saytında qeyd olunub.
Təklif olunan ümumi büdcə 1,78 trilyon avro olaraq müəyyən edilib. Bu, Avropa Komissiyası (AK) tərəfindən təqdim edilən ilkin təklifdən 204 milyard avro və ya 10% azdır.
Rəqabət tədbirləri üçün maliyyələşdirmənin 120% artırılması, “Horizon Europe” proqramının maliyyələşdirilməsinin isə 57% artırılması gözlənilir.
Miqrasiya idarəçiliyi və sərhəd nəzarətinə xərclərin ikiqat artırılması, Avropa maraqlarının qlobal miqyasda təşviqinə xərclərin isə 23% artırılması təklif olunur.
Kostanın sözlərinə görə, layihədə Aİ-nin üç prioriteti nəzərə alınır: rəqabət qabiliyyətinin artırılması, təhlükəsizlik və müdafiənin gücləndirilməsi və Avropa maraqlarının beynəlxalq səviyyədə təşviqi.
Təşəbbüs 26-27 noyabr tarixlərində Brüsseldə keçiriləcək Avropa Şurasının xüsusi iclasında müzakirə olunacaq.