Rusiya Kiyevə dron hücumu edib

Dünya

22.11.2026 - 16:14

Kiyev yaxınlığındakı beşmərtəbəli binanın mənzilləri dağılıb

22 noyabr səhəri Rusiya hərbçiləri Kiyev vilayətinin Vışqorod rayonunun Dymer kəndinə hücum edib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, beşmərtəbəli yaşayış binasına endirilən dron zərbəsi nəticəsində mənzillər birinci mərtəbədən yuxarı mərtəbəyə qədər dağılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü uşaq da daxil olmaqla iki nəfər yaralanıb. Doqquz sakin təxliyə edilib. Səkkiz nəfər dağıntılar altında qalmış ola bilər. Bir yeniyetmə qolundan çoxsaylı qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib.

Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, 22 yaşlı qadın ayağından yaralar alıb. O əlavə edib ki, zərbədən sonra binada yanğın başlayıb və partlayış dalğası yaxınlıqdakı uşaq bağçasına da ziyan vurub. Xilasedicilər dağıntılar altında qalan insanları axtarır, itlər və pirotexniklər hadisə yerində işləyirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş