Daha iki çimərlik “qara siyahı”ya salındı

Xəbərlər

02.08.2019 - 11:04

Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-dək çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə, Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir. 

 

AYNA vəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.

 

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zuğulba və Mərdəkan çimərlikləri istisna olmaqla, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.

 

“Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır” - deyə N.Babaşova əlavə edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə